Psixoloji problemlər həyatda hər birimizin bir dəfə də olsa qarşılaşacağımız bir haldır. Yaranmış bu problemlər bir çox baxımdan insan həyatında öz təsirini göstərə bilər. Bunlar psixo-somatik, sosial və bu kimi bir sıra çətinliklərə səbəb olur. Psixoloji sağlamlığımız ilə bədənimizin fiziki funksiyaları qarşılıqlı əlaqədədir. Necə ki, tibbi bir xəstəlik keçirilən zaman psixoloji olaraq bundan narahatlıq keçirir, eyni ilə hansısa qorxu, stress, çarəsizlik və bu kimi hallarla qarşılaşdıqda bu hallar özünü somatik olaraq biruzə verə bilir; başağrısı, qıcolma, yuxu pozuntuları, tərləmə, bulantı və s. kimi ciddi problemlərə gətirib çıxara bilər. Psixoloji sağlamlıq sadəcə kliniki baxımdan deyil, eyni zamanda sosial baxımdan da bir bütünlük halıdır.
Aşağıda adı keçən problemlərin dəqiq və sistemik formada testlər vasitəsi ilə təyin olunması və doğru formada ələ alınaraq yönləndirilməsi həyata keçirilir ki, bu işdə də öz işinin incəliklərini bilən bir psixoloqun size istiqamətləndirməsi şərtdir.