Azərbaycanda sağlam gələcək yolunda yeni bir uğura imza atıldı. Tanınmış simaların da dəstək olduğu bu möhtəşəm açılışda mərkəzin xidmətləri haqqında geniş məlumat verildi. Övladlarınızı rahatlıqla əmanət edə biləcəyiniz “Oratio” psixoloji və nitq inkişafı mərkəzini sizə təqdim edirik. Hermetik və səs buraxmayan dərs otaqları, gigiyenik hava təmizləmə sistemi, anti-bakterial boya, uşağı yormayan işıq və rəng kombinasiyaları, isti döşəmə və ən əsası valideynin bütün müalicə prossesini izləmək imkanı sizə daha da güvən verəcək. Gənc və savadlı kollektivdən ibarət olan mərkəzimizdə psixiloq, loqoped və pedaqoq xidmətlərini sizlərə təklif edirik. İlkin konsultasiya zamanı keçirilmiş testlər vasitəsilə uşağınızın müalicə istiqaməti doğru seçilir və düzgün prosseslər aparılır. Bununla yanaşı qısa müddətdə uğurlu nəticələrimiz müqayisəli şəkildə sizlərə təqdim olunur.
Dünyamız nitqinlə gözəlləşəcək!
Biz dərslərimizi öyrənirik!
Mən idman edirəm!
Mən gitarada ifa edirəm!
Mən rəsm çəkirəm!
Mən rəqs edirəm!
Fobiyalar və qorxularla işləyərkən mütəxəssislər onları fərqləndirməyi bacarmalıdırlar. Qorxu yalnız...
Ətraflı >>Mən qızımın dərdi ilə 2015-ci ildən çox əziyyətlərə sinə gəldim. Çox həkimlərdən, xəstəxanalardan və müaicələrdən keçdik. Bütün bunları düzgün qəbul edib, həkimlərin dediklərinə əməl etdim. Lakin, heç bir nəticə olmadı. Allah əni düzgün yola yönəldənə qədər müayinə və müalicələri davam edirdim. Nəhayət bu ildən Allah məni öz işini bilən, həqiqətən də uşaqların sağlamlığının qayğısına qalanhəkimə yönəltdi. Çox razıyam Ruqəyyanın indiki vəziyyətindən. Qorqud həkim nəinki həkim kimi, hətta insanlıq borcunu vacib bilib bizə çox dəstək olub, doğru yol göstərdi. İnşa Allah belə həkimlərin sayı məmləkətimizdə çox olar. Daha şəfa tapmaq üçün digər ölkələrə üz tutmarıq. Qorqud həkim “İnsan” sözünün böyük hərflə yazılmasına laiqdir.Allah “Oratio”-dan razı olsun .
24.04.2018Mən, Məmmədli Mahinə oğlum Elbrusu eşitmə qüsuru ilə bağlı “Oratio” Psixoloji və Nitq İnkişafı Mərkəzinə gətirdim. Mərkəzə ilk gəldikdə oğlum sözləri və səsləri tam deyə bilmirdi. Mərkəzinizdə loqoped Günel xanım tərəfindən aparılan dərslərdən sonra oğlumda irəliləyiş hiss olunur. Sizin sayənizdə oğlum Elbrus fikrini daha rahat ifadə etməyə başladı. Belə gözəl nəticəyə və ümidimizi doğrulduğunuza görə Günel müəlliməyə və kollektivinizə təşəkkür edirəm!
19.05.2018Mən, Əliyev İbrahimin nənəsi nəvəmi “Oratio”-ya gətirdim. Burada personal bizi gülər üzlə qarşıladı, bizə mərkəz haqqında ətraflı məlumat verdi və bizi psixoloq Qorqud bəyə yönəltdi. Qorqud bəyin tövsiyyəsi üzərinə biz Tomatis metodu ilə nəvəm İbrahimlə ilk seanslara başladıq. Və gözəl nəticə əldə etdik. Bir müddət fasilədən sonra, nəticə uğurlu olduğuna görə ikinci dəfə yenidən Tomatis metodundan yararlanmaq üçün “Oratio”- ya üz tutduq. Qorqud bəyə və “Oratio” ailəsin öz təşəkkürümü bildirirəm! Uğurlar sizə!
22.05.2018Mən oğlum Abbasəli ilə birgə 9 ay bundan öncə “Oratio”-ya yaxınlaşdım. İlkin müayinə zamanı psixoloq Qorqud bəy övladımda mülayim əqli gerilik müşahidə etdiyini bildirdi. Bizi Pərvin xanıma yönəltdi və seanslara başladıq. Gedişatdan razı qaldığım üçün bir neçə valideyni də “Oratio”-ya yönləndirdim. Yönləndirdiyim valideynlər də alınan nəticədən razı qaldıqlarını bildirirlər. Bu gün bizim 9 aylıq kursumuz bitdi. Sentyabr ayında yenidən ikinci kursumuz başlayacaq. “Oratio” kollektivinə minnətdarlığımı bildirirəm!
20.06.2018Mənim oğlum Baxışov Nihatın öz yaşına görə nitqi çox zəif idi. Biz bu səbəblə “Oratio” Psixoloji və Nitq İnkişafı Mərkəzinə yaxınlaşdıq. Burada ilk npvbədə kollektivdən çox razı qaldıq. Sonra bizi loqoped İlahə müəlliməyə yönəltdilər. Keçirilən seanslardan sonra Nihat balamda çox irəliləyiş gördüm. Çox razı qaldım. Təşəkkürlər Oratio!
10.07.2018Mən Elbrus Vəliyev, Aylin Vəliyevanın atası. Biz Almaniyada yaşayırıq. Qızımız Aylin də Almaniyada gündəlik 3 fərqli dil eşitdiyi üçün danışığında və nitqində yaşıdları ilə müqayisədə geriləmə var idi. Biz qısa müddətli Azərbaycana istirahətə gəldiyimiz üçün , qızım Aylin sadəcə bir ay “Oratio”-da tədris keçdi. Və bu bir ayda biz qızımızın dil və intellektual inkişafında , cümlə qurmasında müsbət mənada böyük fərq gördük. “Oratio” Psixoloji və Nitq İnkişafı Mərkəzini biz dost-tanışlarımızın məsləhəti ilə tanımışdıq və sonra çox razı qaldıq. “Oratio”-nun rəhbərliyinə və bütün kollektivinə, xüsusilə də Aylinin müəlliməsi Günel xanıma çox təşəkkür edirik!
11.07.2018Mən Rafaelin atası Tariel Azakov. Rafael gec danışır və gec cavab verirdi. Qorqud bəy bizə “Tomatis” metodunu məsləhət gördü. “Tomatis” metodu ilə bərabər seanslar da icra olundu. 14 ərzində övladım Rafaeldə irəliləyiş hiss olunur. Sentyabr ayında yenidən seanslara qatılacağıq. Və inaniram ki, gözlədiyimiz yüksək nəticəni əldə edəcəyik. “Oratio” Psixoloji və Nitq İnkişafı Mərkəzinin kollektivinə, başda Qorqud bəy olmaqla təşəkkürümü bildirirəm.
12.07.2018Mən İsmayılın anası Rəhimə, 6 ay bundan əvvəl “Oratio” mərkəzə müraciət etdim. Məni mərkəzlə Təranə xanım tanış etmişdi. Onun da oğlu Abbasəli bu mərkəzə gəlirdi. Nəticənin yaxşı olduğunu görüb, biz də bura üz tutduq. 7 ay getdiyimiz başqa mərkəzdə nəticə almamışdıq. İndi isə övladım danışır, fikirlərini mənə çatdırır, hər kəs onu başa düşür, gözümüzə baxır, diqqətini cəmləyir. Yaddaşı xeyli irəliləyib. Mənim bir ana olaraq sevincimin həddi-hüdudu yoxdur.İnşə Allah bir aydan sonra Pərvin xanımla məşğələlərimizə yenidən davam edəcəyik. Başda Maya xanım olmaqla, Qorqud bəy və Pərvin xanıma təşəkkürümü bildirirəm!
20.07.2018